Yaralanan “Qarabağ” azarkeşi evə buraxılıb

Yaralanan “Qarabağ” azarkeşi evə buraxılıb

Noyabrın 8-i əməliyyat olunan "Qarabağ” azarkeşi Samir Mirzəyev bu gün evə buraxılıb. Sport7.az xəbər verir ki, bu barədə ANS PRESS-ə "Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.

"Samirin vəziyyəti normaldı və bu gündən etibarən o, öz müalicəsini ev şəraitində davam etdirir” - deyə İbrahimov əlavə edib.

Xatırladaq ki, noyabrın 6-sı Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Dnepr" oyununu keçirilən zaman 11-ci sektorda oyunu izləyən "Qarabağ" azarkeşi Samir Mirzəyevin üzərinə dəmir qapı aşıb. Onun kəllə-beyin travması aldığı, oma və diz sümüyünün sındığı bildirilmişdi. Noyabrın 8-i Samir Mirzəyev əməliyyat edilmiş, əməliyyatın uğurlu keçdiyi bildirilmişdi.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR