"Yarış günləri Bakıda elə də isti olmayacaq" - Rəhimov

Gələn il ölkəmizdə debüt edəcək Avropa Qran Prisinin promouteri "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin başçısı Arif Rəhimov Championat.com-un suallarını cavablandırıb.

A.Rəhimov təbiətin onlara güzəşt edəcəyini düşünür. Onun fikrincə, yarışın keçiriləcəyi günlərdə Bakıda havanın hərarəti elə də isti olmayacaq: "Yarışın Bakı mərhələsinin yayda keçirilməsi bir neçə səbəb üzündən bizi tam qane edir. Birincisi, yayda Bakıda ən əlverişli hava şəraiti olur, ikincisi isə, bu günlər ezamiyyət və məktəb tətillərinə təsadüf edəcək. Bakı - ailə və dotslarınızla yay tətilini keçirməyə əla yerdir. Bakıda və Abşeron yarımadasında iyun ayında mülayim hava olur. Bu günlərdə istilik hələ ən yüksək həddinə çatmır, ona görə də biz çox isti hava gözləmirik. Orta aylıq temperatur adətən 30 dərəcəni aşmır. Həm də biz bəzi tribunalara talvar quraşdıracayıq." 

Əməliyyat Şirkətinin rəhbəri sözlərinə belə davam edib: "Biz hesab edirik ki, iki "Formula1" mərhələsinin yaxın regionlarda keçirilməsi avtoidmanın inkişafına ciddi təkan verəcək. Hətta bu iki yarışın region auditoriyası eyni olsa belə, bu o demək deyil ki, biz bir-birimizdən tamaşaçı oğurlamalıyıq. Əksinə, biz "Soçi Avtodromu" şirkəti ilə bu idman növünə olan marağı elə inkişaf etdirmək istəyirik ki, ətraf regionların tamaşaçılarında hər iki yarışa baş çəkmək arzusu baş qaldırsın. Biz milli mərhələmizin həm ölkəmizdə, həm də xaricdə təbliğatı üzərində aktiv işləyirik. Yarışa biletlərin yarısı məhz xaricdə satılacağına inanırıq".

Zamiq Salahov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR