Yaşar Vahabzadə: “Cəbhədə əsgərlərimiz var, onları düşünməliyik”

Yaşar Vahabzadə: “Cəbhədə əsgərlərimiz var, onları düşünməliyik”

"Kəpəz” bu gün cari mövsümdə Gəncədə ilk ev oyununa çıxacaq.
 
Sport7.az xəbər verir ki, "Zaqatala"ya qarşı görüş "sarı-göylər”in çempionatda evdə debüt matçı olacaq. Bundan əvvəl gəncəlilər "Sabah-2” ilə Nizami yurdunda qarşılaşmalı olsalar da, ot örtüyünün vəziyyətinə görə meydan sahibi dəyişdirildiyindən matç Bakıda oynanılmışdı.

Klubun mətbuat xidmətinə açıqlama verən "Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb: "Birinci ev görüşümüzdür, yaxşı hazırlaşmışıq. Komandada motivasiya yerindədir, uşaqların əhval-ruhiyyəsi yaxşıdır. Əvvəl də demişdik ki, bizi heç nə qorxuda bilməz. Şanlı ordumuzun qələbələri komandaya ruh yüksəkliyi verib. Hər gün məşqdən əvvəl və ya sonra cəhbədə baş verənlər haqda danışırıq, əsgərlərimizin zəfər yürüşünü fəxrlə qeyd edirik. Yeni-yeni xəbərləri bir-birimizlə bölüşürük”.

Məlum koronavirus pandemiyasına görə stadionlara azarkeş buraxılmır. Odur ki, "Kəpəz” – "Zaqatala” görüşü də tamaşaçılarsız keçiriləcək: "Gəncədə futbolu sevirlər, azarkeşlər oyunlarımıza gəlmək istəyirlər. Amma qayda-qanun var və hamının üzərinə düşən buna əməl etməkdir. Görürsüz ki, son günlər yoluxmanın sayı artır. Cəbhədə əsgərlərimiz var, biz onları düşünməliyik, daha məsuliyyətli olmalıyıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR