Yaşar Vahabzadə: "Gəncədə qalmaq üçün əvvəlki şərait yaradılmayacaq"

Yaşar Vahabzadə:
"Kəpəz"in məşqçisi Yaşar Vahabzadə qarşıdakı planları ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssis Sport7.az-a açıqlamasında bunları söyləyib.

"Hazırda çalışmıram. "Kəpəz" birinci diviziona düşdü. Hələ ki, bizə bir söz deyən olmayıb. Rəsmi şəkildə klubdan ayrılmamışam. Amma nə olacağını demiyiblər. Komandanın gələcəyi barəsində hələ xəbər yoxdu.

Birinci divizionda çalışmaq? Xeyr, hər halda komanda birinci divizionda oynasa, Gəncədə qalmaq üçün əvvəlki kimi şərait yaradılmayacaq axı. Mənə elə gəlir ki, komandada yerli məşqçi işləsə daha məqsədəuyğun olar. 

Başqa təklif də yoxdu, oturub gözləyirəm. Təklif deyəndə ki, Premyer Liqada 8 klub var, hamısında məşqçilər çalışır (gülür). Yığmalarla bağlı heç nə deyə bilmərəm".

Sport7.az

Xəbər lenti