Yaşar Vahabzadənin müəmmalı siyahısı

01 May 2017, 16:10
01 May
2017
16:10
728
Bizim futbolun ən böyük bəlalarından biri də nə istədiyimizi bilməməyimizdi. Yaxşı oyunmu, nəticəmi, yoxsa gələcək vəd edən futbolçuların yetişdirilməsi? Hələ də seçim etməmişik. Bunu bilmədiyimizdəndi ki, xaotik və sistemsiz bir futbol dünyamız var. Bir addım irəli atanda mütləq iki addım geri atırıq.
Yaşar Vahabzadənin IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək U-23 yığmasına dəvət etdiyi futbolçuların siyahısına baxdım. Başdan-ayağa müəmmadı. Bilmirsən ki, cənab Vahabzadə gənclərin önünü açmaq, onlara özünü göstərmək üçün şans vermək niyyəti güdür, ya da nəticə qazanıb, öz sinəsini irəli vermək həvəsindədi.
Sözsüz ki, ən mübahisəli məqam 23 yaşını tamamlamış futbolçularla bağlıdı. Yaşar bəy öz seçimini Rəşad Sadiqov, Ruslan Abışov və Ağabala Ramazanovun xeyrinə edib. Bu futbolçulardan ikisi "Qarabağ”la "Qəbələ”nin əsas heyət üzvüdü. Yayda hər ikisi avrokuboklara qatılacaqlar. Onlara digər komanda yoldaşları qədər istirahət hüququ vermək heç də pis olmazdı. Üstəlik, fiziki yorğunluğun gətirə biləcəyi zədə riskini də nəzərə almaq lazımdı. İslam oyunlarına qatılanların sərt oyuna meyilli olması da şübhəsizdi. Vacib avrokubok mövsümü öncəsi "Qarabağ”la "Qəbələ”nin əsas heyət üzvlərindən birini itirmək ehtimalı ilə üz-üzə qoymaq kimə lazımdı?
Rəşad Sadiqovun mürəkkəb xaraketri də bir ayrı dərddi. Bilənlər bilir ki, Rəşad nisbətən gənc futbolçulara yuxarıdan aşağı baxır, onlar üzərində hökmranlıq etməyi sevir. Vahabzadənin komandasında yer alanların üçündən savayı digərlərinin yaşı 23-dən aşağı olduğunu nəzərə alsaq, onların Sadiqovla ehtiyatlı davranmaları vacibdi. Yoxsa, millimizin düşərgəsindən dava-dalaş xəbərləri də eşidə bilərik. Mən mövsüm ərzində Rəşadın gənclər barədə dediklərini xatırlatmaq istəmirəm. Ümid edirəm ki, çox hörmətli Yaşar bəy bunları nəzərə alacaq.
Ruslan Abışov da mövsümü qeyri-sabit keçirib. Xüsusiylə, mövsümün sonluğu Ruslan üçün uğursuz keçdi. Son turda "Qarabağ”la oyunda avtoqol müəllifinə çevrildi. "Zirə”ylə qarşılaşmada isə Elxan Abdullayev məhz onu əvəzləyərkən limiti pozmuş, "Neftçi”yə texniki məğlubiyyət "qazandırmışı”. Eyni zamanda Ruslan İslam Həmrəyliyi Oyunlarının səfirləri sırasında yer aldığından onun düşərgəyə çağırmamaq da mümkün idi.
Əvəzində gözlənilənlərin əksinə Rauf Əliyev U-23-dən kənarda qalıb. Hücumçu hazırda yaxşı formadadı, mövsümün sonuna doğru "İnter” üçün vacib qolların müəllifi olmuşdu. Furbol dili ilə desək "ayağı açılmış” hücumçunun xidmətinə ehtiytac duymamaq nə deməkdir? Yazının əvvəlində qeyd etdiyim kimi, yenə də konret strategiyanın olmaması özünü göstərir. Bilmək olmur ki, Yaşar Vahabzadənin komandasının İslam Həmrəyliyi Oyunlarında hədəfi nədir. Görəsən özü bunu bilirmi? AFFA onun və komandasının qarşısına hansı hədəfləri qoyub? Baxımlı oyun, yaxşı nəticə, yoxsa gəncləri püxtələşdirmək?
Amal ABUŞOV

Xəbər lenti
-
22:51Hindistan Yay Olimpiadasına ev sahibliyi edə bilər
-
22:29“Shamkir Chess-2018”: İkinci turun partiyaları heçə-heçə ilə başa çatıb
-
22:03Millimiz uduzdu
-
18:22"Ağsu"nu doğma azarkeşləri önündə "güllələdilər" - VİDEO
-
18:06"Xəzər"dən ardıcıl 6-cı qələbə
-
17:55"Qarabağ"ın oyunu Ömər Paşayevə tapşırıldı
-
17:45Baş katib İsveçrəyə yollandı
-
17:25“Mil-Muğan” - “Zaqatala” oyununda bərabərlik - VİDEO
-
17:01"Sumqayıt"ın baş məşqçi postuna əsas namizəd
-
16:45Şenol Günəş danışdı: "Canım deyil, içim ağrıyır"
-
16:29Lider Şüvəlanda xal itirdi - VİDEO
-
16:17"Heç kimə deməmişəm ki, gedin kimisə gətirin" - "Neftçi" rəsmisi
-
15:55Qusar stadionu təmirə bağlandı - FOTOLAR
-
15:38Millinin baş məşqçisindən İbrahimoviç AÇIQLAMASI
-
15:22Azarkeşlərimiz "Fənərbaxça"lıların hərəkətini pislədi
-
15:04"Qarabağ" və "Qəbələ"nin oyunun parelel yayımlanacaq
-
14:14Ölkə kubokunun püşkü atılacaq
-
13:54Arda Turan ata olur
-
13:39Arsen Venger istefasını açıqladı - 22 il sonra "Arsenal"dan gedir
-
13:15"Fənərbağça"nı ağır cəzalar gözləyir
-
12:48Yığmanın toplanışına start verildi
-
12:11Ramin Quliyev: «Qurban Qurbanovun oğlu olduğu üçün kapitan seçilməsi boş söhbətlərdi»
-
11:56“eTopaz”da günün canlı oyunları
-
11:43Şəhriyar Məmmədyarov: "Vüqar Həşimov mənə heç-heçə təklif etmişdi"
-
11:28"ShamkirChess 2018": Azərbaycan şahmatçıları üz-üzə
-
11:09Türkiyə prezidenti "Fənərbağça"ilə oyunda yaralanan Şenol Günəşə zəng etdi
-
10:57“Qaradağ Lökbatan” və "Zaqatala"dan heç-heçə
-
10:43"Topaz"da bu gün
-
10:29"Atletiko"nu topla "döydülər" - VİDEO
-
10:03"Çelsi"dən səfər qələbəsi - VİDEO
-
09:42Şenol Günəşin başı yarıldı, tikiş qoydular - FOTOLAR
-
09:13Kazbek Tuayev qazaxları qəzəbləndirdi: “Qoca xəstələnib”
-
22:58"Qəbələ"dən 100-cü qol, 30-cu qələbə
-
22:41Beynəlxalq cüdo turnirinə start verildi
-
22:23Oyun zamanı qumbara partladı
-
22:00"Sumqayıt" - "Qarabağ" matçının vaxtı dəyişdirildi
-
17:45"Astana"ya böyük şok
-
17:27Şəhriyar Məmmədyarov "sülh"lə başladı
-
17:09Ağır atletika üzrə seçmə mərhələ yarışları keçiriləcək
-
16:45Polina Rəhimova: "DÇ-də qrup mərhələsini adlamalıyıq"
20 Aprel 2018
19 Aprel 2018
Digər xəbərlər
-
Ölkə Futbolu, Köşə, Amal Abuşov
Yaşar Vahabzadənin müəmmalı siyahısı
-
, Ölkə Futbolu, Köşə, Amal Abuşov,
“Qarabağ”ın tarixi qələbəsi, Atatürkün evini ziyarət, heyrətləndirən Saloniki təəssüratları
-
, Ölkə Futbolu, Köşə, Amal Abuşov,
Hər şey İsgəndər Cavadov üçün?
-
, Ölkə Futbolu, Köşə, Amal Abuşov
Qazaxlar bacardı, biz bacarmadıq
-
, Ölkə Futbolu, Köşə, Amal Abuşov
Elxan Məmmədovun yeni “cəbhə”si
-
Ölkə Futbolu, Köşə, Amal Abuşov,
Onu “Qarabağ” öldürdü!