Yaşıl meydanda qorxulu anlar - Futbolçu huşunu itirib yerə yıxıldı - FOTOLAR

Yaşıl meydanda qorxulu anlar - Futbolçu huşunu itirib yerə yıxıldı - FOTOLAR
Artvin həvəskar liqasında baş tutan Ardanuçspor - Borçka Hudutspor matçında qorxulu anlar yaşanıb.
 
Sport7.az xəbər verir ki, matçın 81-ci dəqiqəsində Ardanuçsporun hesabda 3:1 irəlidə olduğu oyunda futbolçulardan biri Gürkan Avcı huşunu itirərək yerə yıxılıb. Dərhal xəstəxanaya çatdırılan futbolçunu həkimlər müayinə edib. Müayinədən sonra hər şeyin qaydasına düşdüyü qorxulu heç nə olmadığı bildirilib.
 
Xəstəxanada futbolçunu ziyarət edən Artvin Həvəskar Futbol Klubları başqanı Sadetdin Dağ açıqlamasında "Bir idmançımızın halı pisləşərək yerə yıxıldı. Onun astma xəstəliyi var imiş və bunu klubumuza bildirməyib. Sağlamlıq durumu yaxşıdı" ifadələrini işlədib.
 

 
Sport7.az 

Xəbər lenti