Yeni mövsümün başlama tarixi bəlli oldu

Yeni mövsümün başlama tarixi bəlli oldu

Fransa çempionatında yeni mövsümün nə vaxt başlayacağı məlum olub.

Sport7.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. 
 
Xəbərə görə, Liqa 1-in 22 avqustda başlaması planlaşdırılır. Liqa 2-də isə mövsümün ilk matçı sözügedən tarixdən bir gün sonra oynanılacaq.

Fransa Peşəkar Futbol Liqası (LFP) təqvimi təsdiqləmək üçün UEFA İcraiyyə Komitəsinin iyunun 17-də keçiriləcək və Çempionlar Liqasının oyunlarının tarixlərinin müəyyənləşəcəyi iclasın nəticəsini gözləyir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Fransada 2019-20 mövsümü erkən başa çatıb.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR