Yeni şahmat növü rəsmən təsdiqləndi

Yeni şahmat növü rəsmən təsdiqləndi

FİDE "Fişer Şahmatı" üzrə Dünya Çempionatının keçirilməsi haqda qərar qəbul edib. 

Sport7.az xəbər verir ki, "Chess960" adı ilə tanınan şahmatın bu növü üzrə ilk rəsmi Dünya Çempionatı keçiriləcək. Şahmat əfsanəsi sayılan amerikalı Bobbi Fişerin fikirləşdiyi bu oyun, hər zaman şahmatçılar arasında çox populyar olub. Amma bugünədək "Fişer Şahmatı"na daha çox əyləncə kimi baxılırdı. Ötən ay Qazaxıstanını paytaxtı Nursultan şəhərində keçirilmiş FİDE-nin Prezident Şurasının iclasında şahmatın bu növü rəsmi növ kimi qəbul olunub. 

"Chess960" üzrə ilk rəsmi Dünya Çempionatı CHESS.COM saytı vasitəsilə onlayn şəkildə keçiriləcək. Yarışın ümumi mükafat fondu 375 000 dollar təşkil edəcək. Artıq aprelin 28-də ilk  seçmə mərhələnin oyunlarına start veriləcək. Yarışın final oyunu isə iyunun 16-da keçiriləcək.
 
Daha bir maraqlı məqam ondan ibarətdir ki, Dünya Çempionatında istənilən şahmatçı və ya şahmat həvəskarı iştirak edə bilər. Bunun üçün sadəcə Chess.com platformasında profilinizin olması kifayətdir. Təyin edilən üzvülük haqqını ödəməklə dünyanın istənilən nöqtəsində, istənilən şəxs DÇ-nın iştirakçısı ola biləcək.
 
Ötən il "Chess960" üzrə keçirilən qeyri-rəsmi Dünya çempionatının qalibi, klassik şahmatdakı kimi norveçli Maqnus Karlsen olub.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR