Yeniyetmə batutçumuz Türkiyədə bürünc medal qazandı

Yeniyetmə batutçumuz Türkiyədə bürünc medal qazandı

Türkiyənin Antalya şəhərində batut gimnastikası üzrə beynəlxalq turnir yekunlaşıb.

Sport7.az xəbər verir ki, 70 nəfərin mübarizə apardığı yarışda ölkəmizi 11-12 yaş qrupunda Hüseyn Abbasov, Maqsud Mahsudov, 15-16 yaşlı qadın iştirakçılar arasında isə Selcan Mahsudova təmsil edib.

Gimnastlarımızdan uğurlu çıxışı ilə yadda qalan Hüseyn 48,400 xal toplayaraq, turnirin bürünc medalına layiq görülüb. Eyni yaş kateqoriyasında mübarizə aparan digər gimnastımız Maqsud Mahsudov yarışı 4-cü yerdə bitirib.

Xanım təmsilçimiz isə final mərhələsində 8-ci yerdə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR