Yeniyetmə sablyaçılarımızdan uğursuz çıxış

Yeniyetmə sablyaçılarımızdan uğursuz çıxış

Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində yeniyetmə qılıncoynadanların mübarizəsinə yekun vurulub.
 
Sport7.az xəbər verir ki, yeniyetmələrin son yarış günündə sablya, şpaqa və rapira silah növləri üzrə komanda yarışları baş çatıb. Oğlan sablyaçıların komanda yarışında Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədovdan ibarət kollektiv Fransa komandası ilə qarşılaşıb. Oğlan sablyaçılarımız müvafiq silah növü üzrə Avropa çempionu adını qazanan fransalı həmkarlarına 31:45 hesabı ilə məğlub olub. Sablyaçılaırmız komanda yarışının yekun sıralamasında 12-ci olub.

Yeniyetmə qız şpaqaçılarımız isə müvafiq silah növü üzrə komanda yarışında Böyük Britaniyanı təmsil edən kollektivə 30:45 hesabı ilə uduzub. Nazilə Rəhimova, Azərin İdriszadə və Alfiya Abdinovadan ibarət komandamız yekun sıralamada turniri 19-cu sırada başa vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR