Yeniyetmə şahmatçılarımız Olimpiadanın qalibi oldu

Yeniyetmə şahmatçılarımız Olimpiadanın qalibi oldu

Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadası başa çatıb.
 
Sport7.az xəbər verir ki, yarışda iştirak edən yığmamız son turda güclü Çin  millisi ilə qarşılaşıb. Matç yeniyetmə şahmatçılarımızın 2.5:1.5 hesablı qələbəsi ilə başa çatıb. Bununla da millimiz tarixində ilk dəfə Olimpiya Çempionu adını qazanıb.
 
Çempion olan yığmamızın heyətində Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR