Yılmaz Vural: Azərbaycan millisiylə bağlı məsələ var

Yılmaz Vural: Azərbaycan millisiylə bağlı məsələ var

Berti Foqtsun istefasından sonra Azərbaycan millisinin baş məşqçi postuna namizədlər arasında çox sayda məşqçinin adı hallanıb.

Sport7.Az xəbər verir ki, dəfələrlə klublarımızdan və Azərbaycan millisindən dəvət aldığını bildirən Yılmaz Vural bu dəfə də diqqət mərkəzinə düşüb.

Türkiyəli məşqçi yenə Azərbaycan millisindən təklif aldığını bildirib:

"Hazırda Türkiyədə məşqçisiz komanda yoxdu. Bu səbəbdən hansısa klubla danışıqlar apara bilmirəm. Etik cəhətdən düzgün olmaz. Xarici ölkələrdən təkliflər var. Bildiyiniz kimi, Bülənt Uyğun Qətərdə çalışır. Onun gördüyü işlər bu ölkədə türkiyəli məşqçilərin yolunu açır. Dünən Bülənt mənə zəng edərək bir iş təklif etdi. Detalları dəqiqləşdirdikdən sonra orda işləyə bilərəm.

Azərbaycan millisiylə bağlı da məsələ var. Bu ölkədə bizim dəyərimizi anlamırlar. Mümkün olarsa, mən də xaricdə çalışmaq istəyirəm".

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR