Yığma Belarusa uduzdu

Yığma Belarusa uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama matçını keçirib. 

Sport7.az xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi yığma Belarusun paytaxtı Minskdəki hazırlıq prosesi çərçivəsində bu ölkənin millisi ilə ikinci dəfə qarşılaşıb.

Qızıl Avropa Liqasında eyni qrupda mübarizə aparan komandaların duelində rəqib güclü olub. "Çijovka Arena”da keçirilən görüşdə belaruslular 3:0 hesabı ilə qalib gəlib. Sonradan qarşılıqlı razılıq əsasında daha bir set oynanılıb və bu dəfə Azərbaycan yığması qələbə qazanıb. 

Azərbaycan və Belarus yığmaları arasında ilk matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. 

Yoxlama oyunu
 
22 may
Belarus – Azərbaycan – 3:1 (25:14, 25:21, 25:15, 17:25)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR