Yığma komandamızı biabır etdilər

Yığma komandamızı biabır etdilər
Estoniyanın paytaxtı Tallinndə keçirilən 18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının B divizionunda növbəti oyunlar baş tutub. 

Sport7.az xəbər verir ki, C qrupunda çıxış edən Azərbaycan millisi İsraillə görüşüb.
 
İlk 4 qarşılaşmada məğlubiyyətləri sıralayan komandamız bu dəfə də biabırçılıqdan qaça bilməyib. Samit Nuruzadənin yetirmələri 49:80 (12:21, 10:27, 13:17, 14:15) hesabı ilə uduzublar.
 
Beləliklə, bütün oyunları məğlubiyyətlə başa vuran təmsilçimiz qrupda sonuncu yeri tutub. Buna baxmayaraq, komandamız 17-24-cü yerlər üçün mübarizəni davam etdirəcək. Basketbolçularımız sabah İsveçrə ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, komandamız ilk 4 turda Portuqaliya (45:75), Polşa (47:73), Rumıniya (50:68) və Avstriyaya (71:82) məğlub olub.

Sport7.az

Xəbər lenti