Yığmamız Almaniyaya uduzdu

Yığmamız Almaniyaya uduzdu

Bu gün17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, Vüqar Məmmədin yetirmələri Almaniyadan olan həmyaşıdları ilə qarşılaşıblar.
 
Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda keçirilən görüşdə millimiz 0:2 hesabı ilə məğlub olub.
 
Qeyd edək ki, Azərbaycan millisi ilkin seçmə mərhələnin ilk oyununda Yunanıstana 1:6 hesabıyla məğlub olmuşdu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR