Yığmamız Bəhreynə yollandı

Yığmamız Bəhreynə yollandı

Oktyabrın 9-da Bəhreyn yığma komandası ilə səfərdə yoxlama görüşü kecirəcək millimiz səfərə çıxıb.
 
Sport7.az xəbər verir ki, Nikola Yurçeviçin komandası ölkəni səhər saat 11-də çarter reysi ilə tərk edib. Yığmamız paytaxt Manamanın "İntercontinental” otelində məskunlaşacaq.

Millimiz qarşılaşmanın keçiriləcəyi Bəhreyn Milli Stadionunda bu axşam Bakı vaxtilə 20.30-da məşqə çıxacaq. Bundan 30 dəqiqə əvvəl Yurçeviçin həmin arenada mətbuat konfransı olacaq.

Oyundan 1 gün sonra, oktyabrın 10-da millimiz Bəhreyndən Macarıstana yola düşəcək. Macarıstan - Azərbaycan qarşılaşması oktyabrın 13-də Budapeştdə keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR