Yığmamız Finlandiyada heç-heçə etdi - YENİLƏNİB

Yığmamız Finlandiyada heç-heçə etdi - YENİLƏNİB
Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. 

Sport7.az xəbər verir ki, yığmamız finlandiyalı həmyaşıdları ilə qarşılaşıb.

Millimiz "Eerikkila Sports Institute” stadionunda Finlandiyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə qarşılaşıb. Görüş sülhlə başa çatıb. Tərəflər 2 gün sonra yenidən qarşılaşacaq.

20 fevral
Yoldaşlıq oyunu
Finlandiya U-19 - AZƏRBAYCAN U-19 2:2
Qollar: Elias Ahde, 33; Eetu Leppanen, 90 - Elnur Süleymanov, 45; İlkin Sadiqov, 76
"Eerikkila Sports Institute" stadionu

Sport7.az


Xəbər lenti