Millimiz finalda

Millimiz finalda
Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında yarımfinal görüşləri keçiriləcək.

Sport7.az
xəbər verir ki, ilk yarımfinal görüşündə Azərbaycanın U-23 millisi meydana çıxacaq. Komandamızın rəqibi B qrupunun lideri Əlcəzair komandasıdı. Qrup mərhələsində qapısını toxunulmaz saxlayan millimizin bu görüşdə qələbə qazanacağına ümidim böyükdü. Hazırda Yaşar Vahabzadənin yetirmələrinin əhval-ruhiyyəsi yaxşıdı, onlarda özünə inam var.

Saat 12:30-da "Dalğa Arena"da start götürəcək qarşılaşmada Ukraynalı hakimlər söz sahibi olacaq. 

Digər yarımfinal görüşü isə eyni məkanda axşam saat 18:30-da başlayacaq. Bu oyunda Kamerunla Oman ikinci finalçının adına aydınlıq gətirəcəklər.
 
IV İslam Həmrəyliyi Oyunları, yarımfinal:

Azərbaycan U-23 - Əlcəzair U-23 2:0 (İKİNCİ HİSSƏ)
(Ruslan Abışov, 39, Məqsəd İsayev, 62)

Hakimlər: Nikolay Balakin, Vladimir Vısotski, Viktor Matyaş, Vitali Romanov - Ukrayna
 
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev

Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 16. Elvin Camalov, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli

Baş məşqçi: Yaşar Vahabzadə 

"Dalğa Arena", saat 12:30

Kamerun U-23 - Oman U-23

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Ömər Paşayev - Azərbaycan

"Dalğa Arena", saat 18:30

Sport7.az

Xəbər lenti