Yığmamız Kamerun millisinə qalib gəlib

Yığmamız Kamerun millisinə qalib gəlib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Sloveniyada davam etdirir.

Sport7.az xəbər verir ki, millimiz hazırlıq prosesi çərçivəsində Kamerun yığması ilə yoxlama oyunu keçirib. Görüş millimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Voleybolçularımız sentyabrın 12-də Vətənə qayıdacaqlar. Bakı toplanışı çərçivəsində millimiz Rusiyanın "Uraloçka” və "Dinamo Krasnodar” klubları ilə yoxlama oyununda gücünü sınayacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq.
 
Sport7.az

Xəbər lenti