Yığmamız Kamerun millisinə qarşı

Yığmamız Kamerun millisinə qarşı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Sloveniyada davam etdirir.

Sport7.az xəbər verir ki, bu gün millimiz hazırlıq prosesi çərçivəsində Kamerun yığması ilə yoxlama oyunu keçirəcək.

Voleybolçularımız sentyabrın 12-də Vətənə qayıdacaqlar. Bakı toplanışı çərçivəsində millimiz Rusiyanın "Uraloçka” və "Dinamo Krasnodar” klubları ilə yoxlama oyununda gücünü sınayacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq.
 
Sport7.az 

Xəbər lenti