Yığmamız Mahaçqalada toplanışa start verdi

Yığmamız Mahaçqalada toplanışa start verdi

Sərbəst güləş üzrə yığmamız Dağıstanın paytaxtı Mahaçqalada növbəti təlim-məşq toplanışına başlayıb.

Sport7.az xəbər verir ki, noyabrın 23-dək davam edəcək hazırlıq prosesində komandamız baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında yerli güləşçilərlə birgə məşq edəcək. Toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara diqqət yetiriləcək.

Yunan-Roma güləşi üzrə yığmamız təlim-məşq toplanışını Bakıda davam etdirir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərlik etdiyi millimizin Olimpiya Güləş Mərkəzindəki hazırlıq prosesi noyabrın 16-dək davam edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR