Millimiz darmadağın oldu - YENİLƏNDİ

Millimiz darmadağın oldu - YENİLƏNDİ
Sloveniyada keçirilən futzal üzrə AÇ-2018-in 1/4 final mərhələsi çərçivəsində bu gün yığmamız Portuqaliya ilə qarşılaşacaq.
 
Sport7.az xəbər verir ki, qrup mərhələsindəki son oyunda İspaniyaya 0:1 hesabı ilə uduzan yığmamız qrup ikincisi kimi 1/4 finala adladı.
 
Bu komandalar arasında 12-ci qarşılaşma olacaq. İndiyədək baş tutan oyunların 5-i rəsmi, 6-sı isə yoxlama xarakterli olub. Ancaq geridə qalan 11 oyunun heç birində qələbə qazana bilməyən, cəmi 3 dəfə heç-heçə ilə razılaşan yığmamız bu dəfə revanş almaq arzusundadı.  

Futzal üzrə Avropa çempionatı
 
1/4 final mərhələsi
 
21.00. Portuqaliya - Azərbaycan 8:1

Qollar: Pedro Kari, 2.05, 5.43; Pani Varela, 9.40; Rikardinyo, 10.31, 19.32, 25.31, 31.15; Bruno Koelyo, 24.09 - Everton Kardoso, 0.54
 
Hakimlər: Andrey Çerni (Çexiya), Kamil Çetin (Türkiyə), Saşa Tomiç (Xorvatiya)
Hakim-inspektor: Qalan Nieto Pedro Angel (İspaniya)
Sloveniya. Lyublyana, "Stojica Arena”

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 10. Vassoura, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov

Baş məşqçi: Joze Alesio da Silva

Xəbər lenti