Yığmamız qubernatora həsr olunmuş turnirdə

Yığmamız qubernatora həsr olunmuş turnirdə

Rusiyada kişi boksçular arasında "Sankt-Peterburq qubernatorunun kuboku” adlı beynəlxalq turnir start götürüb.
 
Sport7.az xəbər verir ki, 5 gün davam edəcək ənənəvi yarışda Azərbaycan yığması da qüvvəsini sınayır.

Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Sankt-Peterburqda 10-cu dəfə keçiriləcək yarış "M-1 Arena”da baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR