Millimizdən biabırçı məğlubiyyət

Millimizdən biabırçı məğlubiyyət

Bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində yığmamız növbəti matçına çıxıb.
 
Sport7.az xəbər verir ki, Nikola Yurçeviçin baş məşqçisi olduğu komandamız Slovakiya millisini qəbul edib.
 
Görüş yığmamızın 1:5 hesablı yenilgisi ilə başa çatıb. 
 
Buna qədər səfərdə Xorvatiyaya məğlub olan Yurçeviçli millimiz 1:2 hesabı ilə uduzub. Ayın 8-də "Bakcell Arena"da Macarıstanla qarşılaşan milli doğma arenada 1:3 hesablı məğlubiyyətə uğrayıb. 
 
Avro-2020, təsnifat mərhələsi
 
E qrupu, 4-cü tur
 
20.00. Azərbaycan - Slovakiya 1:5 
Qol: Ramil Şeydayev, 29 - Lobotka, 8 Kuçka, 27, Hamşik, 30, 57

Azərbaycan: 1. Səlahət Ağayev (q), 3. Şəhriyar Rəhimov 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 14. Rəşad Eyyubov,  7. Araz Abdullayev, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Emil Balayev (q), 23. Şahruddin Məhəmmədəliyev (q), 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 10. Mahir Emreli (Mədətov), 13. Dmitri Nazarov, 15. Namiq Ələskərov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev

Slovakiya: 23. Martin Dubrovka (q), 2. Peter Pekarik, 3. Deis Vavro, 14. Milan Şkiriniar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka, 10. Albert Ruşnak, 11. Robert Bojenik

Ehtiyat oyunçular: 1. Matus Kojaçik (q), 12. Marek Rodak (q), 4. Branislav Ninay, 5. Lübomir Şatka, 6. Yan Qrequş, 7. Yaroslav Mixalik, 8. Ondrey Duda, 9. Lukas Haraslin, 13. Patrik Hroşovski, 15. Robert Mazyan, 18. Pavel Sofranko, 21. Matuş Bero

Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson (Şotlandiya)
"Bakcell Arena"
 
Macarıstan - 6, Xorvatiya - 6, Uels - 3, Slovakiya - 3, Azərbaycan - 0

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR