Yığmamız Tokio 2020-də iştirak etmək şansını saxlayır

Yığmamız Tokio 2020-də iştirak etmək şansını saxlayır

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirləri sona çatıb.
 
Sport7.az xəbər verir ki, 6 ölkədə (Polşa, Çin, ABŞ, Braziliya, Rusiya, İtaliya) keçirilən Təsnifat Oyunlarında qrupda birinci olan Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya, İtaliya yığma komandaları Yay Olimpiya Oyunlarına vəsiqə əldə ediblər.

Voleybol üzrə qadınlardan ibarət milli komandamız Braziliyanın Uberlandiya şəhərində"D” qrupunda çıxış edib. Millimizin rəqibləri Braziliya, Dominikan Respublikası və Kamerun yığmaları olub.
 
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün milli komandamızın daha bir şansı var. 2020-ci ilin yanvar ayında Avropa qitəsinin komandaları arasında Yay Olimpiya Oyunlarına lisenziya xaraketerli Təsnifat Turniri keçiriləcək. Turnirdə iştirak edəcək komandalar 2019 Avropa çempionatından sonra müəyyən olunacaq. Avropa Çempionatının nəticələrinə görə ilk 7-likdə olan yığmalar və turnirə ev sahibliyi edəcək komanda 2020-ci ilin yanvar ayında keçiriləcək turnirdə iştirak edə biləcək. Qeyd edək ki, 8 komandanın iştirak edəcəyi turnirdən yalnız bir komanda 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR