Yığmamız Türkiyədə birinci oldu

Yığmamız Türkiyədə birinci oldu

19 may Atatürkün anım, gənclik və spor bayramı münasibətilə Türkiyənin Ordu şəhərində təşkil edilən beynəlxalq turnirə yekun vurulub.
 
Sport7.az xəbər verir ki, son yarış günü də millinin üzvləri uğura imza atdı. 
 
Mükafatçılar sırasında yer alan taekvondoçulardan Pünhan Mürsəlov (41 kq), Fərid Əliyev (-49 kq), Asim Əlimov (65 kq yuxarı), Səmmərux Osmanova (51 kq) qızıl medal, Səriyyə Bağırova (51 kq) gümüş medal, Fazil Hüseynov (57 kq) turniri bürünc medalla başa vurub.
 
Yeniyetmə millimiz komanda hesabında qızlar arasında 2-ci yer, oğlanlar arasında 1-ci, ümumi medal sayında görə də 1-ci pilləyə sahib olub.
 
Klublarımızı təmsil edən taekvondoçulardan Adil Məmmədov (41 kq), Uğur Cəfərov (49 kq, hər ikisi RUGİM), Fuad Yusufov (41 kq) Hüseyn Xudiyev (49 kq, hər ikisi Neftçi İ.C.), Yusif Mərdanov (65 yuxarı, Tovuz T.K.) yarışı bürünc medalla başa vurub.
 
Millimiz bu gün vətənə dönəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR