Yığmamız Valentin Qranatkinin XXVII xatirə turnirində iştirak edəcək

Yığmamız Valentin Qranatkinin XXVII xatirə turnirində iştirak edəcək

2014-cü il yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnir təşkil olunacaq. Sport7.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığması turnirdə iştirak edəcək. Qrupların tərkibini diqqətinizə çatdırırıq:
 
A qrupu: Rusiya, Litva, Moldova
B qrupu: Belorus, Estoniya, Latviya
C qrupu: Bolqarıstan, Sloveniya, Qazaxıstan
D qrupu: Slovakiya, Sankt-Peterburq, Yunanıstan
E qrupu: Moskva, Cənubi Koreya, Finlandiya
F qrupu: Yaponiya, Albaniya, Azərbaycan


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR