Yığmamıza Belarusdan baş məşqçi dəvət olundu

Yığmamıza Belarusdan baş məşqçi dəvət olundu

Azərbaycanın idman gimnastikası üzrə qadınlardan ibarət millisinə yeni baş məşqçi təyin olunub.

Sport7.az xəbər verir ki, bu haqda Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb. Yığma Belarusdan olan Olqa Barkalavaya tapşırılıb. Barkalava 22 ildir ki, qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur. Son 6 il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib.

Federasiyasının mətbuat xidmətinə təyinatından sonra verdiyi müsahibəsində Olqa Barkalava öz təəssüratlarını bölüşmüşdür. "Yığma komandanın məşq etdiyi zalda oldum. Gimnastlarla tanış oldum. İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram və çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenasında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR