Yığmamızın baş məşqçisi dünyasını dəyişdi

Yığmamızın baş məşqçisi dünyasını dəyişdi
Azərbaycan taekvondosuna ağır itki üz verib.

Sport7.az-ın məlumatına görə bu gün səhər saatlarında parataekvondo yığmamızın çalışdırıcısı, əməkdar məşqçi Əvəz Tağıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Bu ay Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Avropa çempionatına parataekvondo millimiz onsuz, böyük məşqçilər – Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə yollanmalı olmuşdu.

56 yaşlı məşqçi 1-ci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, taekvondoçu Ayxan Tağızadənin atasıdı.

Allah rəhmət eləsin!
 
Sport7.az

Xəbər lenti