Yığmamızın baş məşqçisi:

Yığmamızın baş məşqçisi: "Komandamdan razıyam"

Voleybol üzrə qadınlardan ibarət yığmamızın çalışdırıcısı Covanni Kaprara qarşıdan gələn Finlandiya ilə oyun haqda fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bundan əvvəlki oyunlarda komandasının çıxışından razı olduğunu söyləyib: "Finlandiya komandası ilə oyunumuz da çətin olacaq. Çünki İspaniya kimi Finlandiya yığması da sürətli voleybol oynayır. Buna baxmayaraq biz məşqlərimizi davam etdiririk, qızlar məşq prosesində tapşırıqlarımı daha yaxşı yerinə yetirmə çalışırlar. Milli komandamızın oyunçusu Odina Əliyeva da bir neçə gündür ki, məşqlərə start verib. Düzdür Finaldiya ilə oyunda onu meydançada görə bilməyəcəksiniz, amma qarşıdakı oyunlarda Odina da bizimlə birgə mübarizəyə qoşulacaq. Komandamın çıxışından razıyam. İnanıram ki, növbəti oyunlarda daha yaxşı oyun göstərəcəyik"
 
Azərbaycan - Finlandiya matçı bu gün saat 18.00-da Voleybol Mərkəzində baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR