Yığmamızın baş məşqçisi:

Yığmamızın baş məşqçisi: "Komandamız həvəslə mübarizə aparır"

Voleybol üzrə kişilərdən ibarət yığmamızın baş məşqçisi Fərid Calalov Gürcüstanla qarşıdan gələn oyun haqda fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Gürcüstanla görüş üçün son məşqlərimiz keçirik. Səfərdə rəqibimizi 3-1 hesabı ilə məğlub etmişdik. Qrupda 3-cü yerdəyik, deyə bilərəm ki, komandamız həvəslə mübarizə aparır, oyunçular oyun zamanı bir-birlərinə kömək edirlər. Amma bəzi oyunçularımızın tam formada olmaması, əsas oyun qurucumuzun oynamaması məğlub olmamızın əsas səbəblərindəndir. Buna baxmayaraq hər oyuna qələbə üçün çıxırıq sona kimi mübarizə aparırıq. Gürcüstanla da gözəl oyun göstərməyə çalışacağıq. Komandamıza uğurlar arzu edirəm".
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR