Yığmamızın Millətlər Liqasında oynayacağı stadion müəyyənləşdi

Yığmamızın Millətlər Liqasında oynayacağı stadion müəyyənləşdi

Millimizin UEFA Millətlər Liqasındakı rəqibi Monteneqro yığmasının ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, Balkan təmsilçisi oktyabrın 10-da yığmamızı paytaxt Podqoritsada - "Podgorica City Stadium"da qəbul edəcək. 

Monteneqronun turnirdəki ilk iki matçı səfərdə olacağından, ilk ev matçı məhz Azərbaycana qarşı olacaq. Millimiz bu stadionda rəqib Çernoqoriya adlananda - 11 il əvvəl onunla yoldaşlıq görüşündə qarşılaşaraq 0:2 hesabıyla uduzub. 

Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqla keçirəcək. Qrupumuzda daha bir rəqib Kipr yığmasıdı. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR