Yığmamızın rəqibi

Yığmamızın rəqibi "Copa America"dan imtina etdi

Qətər və Avstraliya yığmaları bu il 11 iyun - 11 iyulda keçiriləcək Amerika Kubokunda iştirakdan imtina edib.

Sport7.az xəbər verir ki, hər iki kollektiv həmin tarixdə DÇ-2022-nin seçmə mərhələsində mübarizə aparacaq. Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Amerika Kubokunun son qalibi Braziliya yığmasıdır.
 
UEFA Qətər millisini Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR