Yığmamızın təsnifat turnirindəki oyunlarının təqvimi açıqlandı

Yığmamızın təsnifat turnirindəki oyunlarının təqvimi açıqlandı

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamızın hazırlıqları sona çatıb.

Sport7.az xəbər verir ki, hazırlıq planına əsasən voleybolçularımız 11-15 iyul Bolqarıstanda, 15-19 iyul Rusiyada, 19-24 iyul Türkiyədə, 24-30 iyul Braziliyada təlim-məşqləri keçib. Millimiz hazırlıqlar zamanı Bolqarıstan, Rusiya və Türkiyə milliləri və Braziliya klubu "Esporte Pinheiros" ilə yoldaşlıq oyunlarında da qüvvəsini sınayıb.

Braziliya klubu "Esporte Pinheiros" ilə keçirilən qarşılaşmalar gərgin mübarizə şəraitində keçib. Hər iki oyunda 3-2 hesabı qeydə alınıb. İlk görüşdə millimiz, növbəti oyunda isə "Esporte Pinheiros" klubu qalib gəlib.
Dünən (29.07.2019) son yoxlama oyununu keçirərək hazırlıqları sona çatdıran yığmamız bu gün (30.07.2019) turnirinin keçiriləcəyi Braziliyanın Uberlandiya şəhərinə yola düşəcək.
 
Olimpiya Oyunlarının seçmə mərhələsinin görüşləri 1-3 avqust tarixlərində keçiriləcək.

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün ümumilikdə 24 ölkənin milli komandası mübarizə aparacaq. Lisenziya xarakterli təsnifat turnirindən, hər qrupdan yalnız qrup birinciləri birbaşa olaraq 2020 Yay Olimpiya oyunlarına vəsiqə əldə edəcək.

A (Polşa)
B (Çin)
C (ABŞ)
D (Braziliya)
E (Rusiya)
F (İtaliya)
 
Serbiya, Çexiya, Argentina, Azərbaycan, Cənubi Koreya, Belçika, Tailand, Çin, Bolqarıstan, Braziliya, Rusiya, Hollandiya, Polşa, Türkiyə, ABŞ, Dominikan  Respublikası, Kanada, İtaliya, Puerto-Rika, Almaniya, Qazaxıstan, Kamerun, Meksika, Keniya

Komandamızın oyun cədvəli
 
D qrupu
 
1 avqust

21:15. Braziliya – Kamerun
23:45. Dominikan Respublikası – Azərbaycan
 
2 avqust
 
21:15. Braziliya – Azərbaycan
23:45. Kamerun – Dominikan Respublikası
 
3 avqust
 
17:00. Braziliya – Dominikan Respublikası
19:30. Azərbaycan – Kamerun
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR