Yığmamızın üzvü xəstələnib

Yığmamızın üzvü xəstələnib

Azərbaycan millisinin və Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarovun 2-ci Bundesliqanın 5-ci turu çərçivəsində baş tutan "Bohum"la səfər oyununda meydana çıxmamasının səbəbi müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu haqda alman mətbuatı yazıb. 30 yaşlı yarımmüdafiəçi səhhətində yaranmış problemə görə sözügedən qarşılaşmanı buraxmalı olub. Təcrübəli oyunçunun sıraya nə vaxt qayıdacağı açıqlanmayıb.

Son turda "Bohum"a 0:2 hesabı ilə uduzan Aue təmsilçisi 7 xalla 6-cı pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR