Yığmamızın üzvü Ferqyussonun komandasına qol vurdu

Yığmamızın üzvü Ferqyussonun komandasına qol vurdu

İngiltərənin "Piterboro Yunayted” klubu yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Sport7.az xəbər verir ki, U-21 yığmamızın üzvü Serhat Taşdemirin bu yay transfer olunduğu sözügedən klub "Mançester Yunayted"in əfasanəvi məşqçisi Sir Aleks Ferqyussonun oğlu Darrenin çalışdırdığı "Barnet”lə qarşılaşıb.

İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) çıxış edən "Piterboro Yunayted” bu oyundan qələbəylə ayrılıb – 3:1.

Fasilədən sonra meydana buraxılan Taşdemir komandasının sonuncu qolunu da vurmağa müvəffəq olub. O, 64-cü dəqiqədə uzaq məsafədən rəqib qapısına yol tapmaqla baxımlı qola imza atıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR