Yığmanın baş məşqçisinə qarşı araşdırmalar başladı

Yığmanın baş məşqçisinə qarşı araşdırmalar başladı

Irlandiya Futbol Assosiasiyası (FAI) milli komandanın baş məşqçisi Stefen Kenniyə qarşı araşdırmalara başlayıb.

Sport7.az xəbər verir ki, 49 yaşlı mütəxəssis İngiltərə ilə yoldaşlıq görüşündən öncə futbolçulara rəqib əleyhinə siyasi xarakterli motivasiya videosu nümayiş etdirməkdə ittiham olunur. Görüntülərdə İngiltərə ilə tarixi münasibətlər əksini tapıb. Kadrların bir hissəsi İrlandiya tarixindəki həlledici hadisələrə - 1916-cı il üsyanına və Respublikanın qurulmasına həsr olunub. Digər hissədə isə futboldakı qələbələr yer alıb.

Videoçarx futbolçular və məşqçi heyətinə oyun günü - noyabrın 12-də göstərilib.

Yoldaşlıq görüşü İngiltərə millisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Kenni İrlandiya yığmasına bu ilin aprelində baş məşqçi təyin olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR