Yığmanın Göygöl toplanışına start verildi

Yığmanın Göygöl toplanışına start verildi

Sərbəst güləş üzrə yığmamız bu gün növbəti təlim-məşq toplanışına start verib.

Sport7.az xəbər verir ki, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 20-yə yaxın sərbəst güləşçi Göygöl Olimpiya İdman Kompleksində hazırlığa başlayıb. Avqustun 4-dək davam edəcək toplanışda əsasən fiziki hazırlığa diqqət yetiriləcək.

Təlim-məşq toplanışı sentyabrda Qazaxıstanın paytaxtı Nursultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR