Yığması qələbə qazandı, işə qadın paltarı ilə gəldi - FOTO

Yığması qələbə qazandı, işə qadın paltarı ilə gəldi - FOTO
Rusiyalı radio aparıcısı Aleksandr Safronov maraqlı addım atıb.
 
Sport7.az xəbər verir ki, DÇ-2018-in 1/8 final mərhələsində ölkəsinin yığmasının İspaniyaya qalib gələcəyi halda işə qadın paltarı ilə gedəcəyini bildirən Safronov sözünün üzərində durub. 
 
DÇ-2018-in 1/8 final mərhələsində baş tutan İspaniya - Rusiya matçının əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə penaltilər seriyasına qədər uzanan görüşün sonunda Rusiya favorit hesab olunan rəqibini 4:3 hesabı ilə yenərək 1/4 final mərhələsinə adlamağı bacarıb.
 
 
 
Sport7.az

Xəbər lenti