Millimizə baş məşqçi təyinatı nə vaxt rəsmiləşəcək?

Millimizə baş məşqçi təyinatı nə vaxt rəsmiləşəcək?

Hazırda ölkədə futbol ictimaiyyətini maraqlandıran əsas suallardan biri də yığmamıza baş məşqçi təyinatının nə zaman rəsmiləşəcəyi ilə bağlıdı. 

Artıq konkret namizəd də var. Yəni, hazırda bu posta real namizəd xorvatiyalı məşqçi Nikola Yurçeviç göstərilir. Bu yaxınlarda Bakıya da gələn Yurçeviç Premyer Liqa oyunlarını da izlədi. Bəs təyinat nə vaxt rəsmiləşəcək? Bu sualımıza AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan aldıq. 

Firuz bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Hələ ki, bununla bağlı məlumat yoxdu. Təbii ki, olanda AFFA-nın rəsmi saytına bu haqda məlumat yerləşdirəcəyik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR