"Qafqazinfo” həmin alpinistlər barədə araşdırma aparıb. Məlum olub ki, bu ilin fevral ayında alpinist Namin Bünyatov iki nəfər həmkarı ilə bərabər "Elbrus” zirvəsini fəth edib.

 

Fəridə Cəbrayılzadə isə həm də fotoqrafdır. O , Ötən il "Atlas Travel” təşkil etdiyi "Qış nağılı” fotomüsabiqəsində birinci yerə çıxıb.

 

Babur Hüseynov isə ötən il dekabr ayında Şahdağ massivində yerləşən "İlham” zirvəsinə (4042m) dostları ilə birgə yürüş edib. Həmin komanda 4 nəfərdən ibarət olub. Namin Bünyatov da yürüşdə iştirak edib. Şaxtalı hava şəraitinə baxmayaraq onlar zirvəyə çıxmağı bacarıblar.

 

Sport7.az