Yunanıstan Azərbaycanla oyundan imtina etdi

Yunanıstan Azərbaycanla oyundan imtina etdi
20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayda keçiriləcək yoldaşlıq oyunları ilə bağlı bir dəyişiklik edilib.

Sport7.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 
 
Mayın 16-da Bakıda Yunanıstan yığmasına qarşı keçirilməsi nəzərdə tutulan oyun rəqibin imtinası səbəbindən baş tutmayacaq.
 
Yığmamız həmin gün Gürcüstanın U-20 komandası ilə qarşılaşacaq.
 
Mayın 24 və 27-də isə U-20 komandamız, əvvəlcədən açıqlandığı kimi, Bakıda Makedoniyanın U-21 yığması ilə yoxlama oyunu keçirəcək.
 
Sport7.az

Xəbər lenti