Yunanıstan olimpiya alovunu Təşkilat Komitəsinə verdi

Yunanıstan olimpiya alovunu Təşkilat Komitəsinə verdi

Yunanıstan olimpiya alovunu Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinə təhvil verib.

Sport7.az xəbər verir ki, paytaxt Afinada tarixi Olimpiya bölgəsindəki tədbir koronavirus səbəbindən ilk dəfə məhdud çərçivədə baş tutub. Çoxsaylı qonaq və jurnalistlərə daha əvvəl verilmiş akkreditasiyaları ləğv edilib, tamaşaçılar stadiona buraxılmayıb. Tədbir Yunanıstanın ictimai televiziyası olan ERT-də canlı yayımlanıb. 

Arenada bir neçə jurnalist və texniki heyət üzbləri də daxil olmaqla, 50-dək insan yer alıb, tribunalar isə tamamilə boş olub. Stadiondakı məşəl estafetində yalnız 2 yunan atlet iştirak edib.

XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılma mərasimi martın 12-də keçirilib. Həmin tədbir də ilk dəfə azarkeşsiz baş tutub. İyulun 24-də start götürməsi planlaşdırılan Tokio olimpiadası avqustun 9-da başa çatacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR