Dünya çempionatının vaxtı açıqlandı

Dünya çempionatının vaxtı açıqlandı

Yüngül atletika üzrə dünya çempionatı 2022-ci ildə keçiriləcək.

Sport7.az xəbər verir ki, bu barədə Beynəlxalq Yüngül Atletika Federasiyasından (World Athletics) rəsmi məlumat yayılıb. Yarışın 15-24 iyul tarixlərində təşkil olunacağı bildirilib.

Dünya çempionatı 2021-ci ilin yayında ABŞ-ın Oreqon ştatında olmalı idi. Amma Beynəlxalq Olimpiya Komitəsinin koronavirus pandemiyasına görə Tokio-2020 Yay Olimpiya Oyunlarını növbəti ilə təxirə salması bu turnirin təşkilinə mane olub.

Yüngül atletika üzrə dünya çempionatı 2 ildən bir keçirilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR