Yunis Hüseynov: "Oynamayan futbolçular üzündən..."

Yunis Hüseynov:
Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Kəpəz" doğma meydanda "Keşlə"ni qəbul edəcək. 

Düzdü matçın nəticəsindən asılı olmayaraq hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Gəncə klubunun mövqeyi dəyişməyəcək. Bəs Yunis Hüseynov nəyə ümid edir?

Mütəxəssis Sport7.az-a açıqlamasında komandanın hazırlıqları ilə bağlı bunları söylədi: 

"Bildiyiniz kimi, 3 gündü Gəncədə hazırlaşırıq. Məqsəd qalib gəlməkdi. Bu bizim üçün ən vacib oyunlardan biridi. Tam məsuliyyətli hazırlaşmışıq. Əhval-ruhiyyə normaldı. Dieqo və Dedimar zədə, Mancqaladze isə 4 sarı vərəqə limitini doldurduğu üçün oynayamayacaqlar. Amma çalışacağıq ki həmin futbolçuların yoxluğunu meydanda hiss etdirməyək. 

Düzdü oyunun nəticəsindən asılı olmayaraq mövqeyimiz dəyişməyəcək. Amma qarşıda 7 oyun qaldığını nəzərə almaq lazımdı. Sabahkı oyunda qalib gəlsək rəqiblərimizlə aradak xal fərqini azaltmış olarıq. Bunun üçün həddindən artıq vacib oyundu. Pis hazırlaşmamışıq. Hələ ki, futbolçularımız məşq proseslərində pis təsir bağışlamırlar. Oynamayan futbolçular üzündən müəyyən dəyişikliklər olacaq. Rəqibi də analiz etmişik. İnşallah, görək nə olacaq".

Sport7.az

Xəbər lenti