Yurçeviç hardadır?

Yurçeviç hardadır?

Millimizin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç qeybə çəkilib.

Sport7.az xəbər verir ki, düz iki həftə bundan əvvəl AFFA İK-nin qərarı ilə millimizin baş məşqçisi təyin olunan mütəxəssis Premyer Liqanın son iki turunu izləməyib.

Yurçeviç fevralın 12-də millimizin baş məşqçisi kimi mətbuat konfransı keçirib və ondan sonra heç yerdə görünməyib. Yarım aya yaxındı ki, xorvatiyalının nə işlə məşğul olduğu qeyri-müəyyəndi. Daha doğrusu, məlumdu...

Yurçeviç vətəni Xorvatiyaya yollanıb, Zaqrebdə "Dinamo”nun Avropa Liqası çərçivəsindəki oyununu izləyib, ölkəsinin mətbuatına müsahibə verib.

Görünən odu ki, Nikola həmyerlisi Prosineçkinin yoluyla getməyə başlayıb. Xorvatiya ilə rəsmi qarşılaşmaya bir aydan da az vaxt qalıb, millinin baş məşqçisi isə azərbaycanlı futbolçuları iş başında görmək, namizədlərin potensialına bələd olmaq üçün Premyer Liqanın oyunlarını izləmir.

Onun Zaqrebdən nə vaxt dönəcəyi də bilinmir. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ötən həftə "Futbol+”ə verdiyi açıqlamada xorvatın bazar günü günorta saatlarında gələcəyini söyləmişdi. Yurçeviçin gəlib-gəlmədiyini biz də bu gün Firuz bəydən soruşduq. Məlum oldu ki, Yurçeviç hələ gəlib-gəlməməsiylə bağlı AFFA rəsmilərinə məlumat verməyib. Hər halda Firuz bəyin sözlərindən bunu anlamaq olar.

Sitat: "Yurçeviç dünən gecə Bakıya gəlməli idi. Öyrənib sizə məlumat verərik”.

Sitatın sonu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR