Yurçeviçin maaşı nə vaxt açıqlanacaq?

Yurçeviçin maaşı nə vaxt açıqlanacaq?

Xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin millimizin baş məşqçisi kimi təqdim olunduğu vaxtdan iki həftədən çox keçib.
 
Fevralın 12-də keçirilən mətbuat konfransında Yurçeviçin maaşı açıqlanmamış, bu barədə yalnız rəsmi müqavilə imzalandıqdan sonra məlumat veriləcəyi qeyd olunmuşdu.
 
Ötən müddət ərzində xorvatiyalı çalışdırıcı ilə rəsmi müqavilə imzalanmayıb. Gözlənilən odu ki, sonuncu prosedur da sabah başa çatacaq və Yurçeviçlə münasibətlər rəsmiləşəcək. Gələn həftənin əvvəlində Yurçeviçin maaşının açıqlanması ehtimal edilir.
 
Qeyd edək ki, Xorvatiya mətbuatı Yurçeviçin Azərbaycanda ilinə 300 min avro qazanacağını yazmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR