Yurçeviçli milli Slovakiyada da məğlub oldu - YENİLƏNDİ

Yurçeviçli milli Slovakiyada da məğlub oldu - YENİLƏNDİ

Azərbaycan millisi bu gün UEFA AVRO-2020-nin seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Sport7.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasının qonağı olub. Trnavadakı Anton Malatinski adına stadionda baş tutan mat millimizin 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Slovakiya yığmasından Robert Bojenik və Marek Hamşik fərqlənib.
 
Bununla da millimiz cari tsikli cəmi 1 xalla başa vurub. 

AVRO-2020

Seçmə mərhələ, E qrupu

19 noyabr

23:45. Slovakiya - Azərbaycan 2:0

(Robert Bojenik, 19, Marek Hamşik, 87) 

Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarik, 7. Lukas Haraslin, 9. Robert Bojenik, 11. Matuş Bero, 14. Milan Şkriniar, 15. Norbert Qyömber, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Dominik Holeç, 3. Denis Vavro, 4. Martin Valyent, 5. Lübomir Şatka, 16. Yan Qrequş, 8. Andrey Duda, 10. Albert Rusnak, 13. Patrik Hroşovski, 18. Samuel Mraz, 20. Nikolas Şpalek, 21. Mixal Duriş.
Baş məşqçi: Pavel Hapal.

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Vüsal İsgəndərli, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 22. Cavid Hüseynov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 5. Elvin Camalov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10. Ağabala Ramazanov, 13. Dmitri Nazarov, 15. Şəhriyar Əliyev, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev. 
Baş məşqçi: Nikola Yurçeviç.

Hakimlər: Sergey Boyko, Vladimir Volodin və Semyon Şlonçak, Vitali Romanov (hamısı Ukrayna)
Hakim-inspektor: Kevin Azzopardi (Malta)
UEFA nümayəndəsi: Skot Struters (Şotlandiya)
Trnava, Anton Malatinski adına stadion
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR