Yuri Maksimov: "Gücümüzü kubokdakı cavab görüşünə saxlamışıq"

Yuri Maksimov:
"Üç gün öncə Azərbaycan Kubokunda üz-üzə gələn komandalar qarşılaşırdı. Deməzdim ki, ciddi hazırlaşmamışdıq. Bəzi yerli oyunçulara şans vermişdik. Gücümüzü kubokdakı cavab görüşünə saxlamışıq”

Sport7.az xəbər verir ki, bunu "Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Sumqayıt”a 1:2 hesablı məğlubiyyətdən sonra söyləyib.

Daha sonra 50 yaşlı ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Hakimlikdən narazı qalmadınız?

- Hakimliklə bağlı etirazım yoxdur. Necə lazımdırsa, elə də idarə etdi. İkinci qolun oyundankənar epizoddan vurulduğunu söyləyirlər. Təkrara baxmaq lazımdır.

- Kubokun cavab matçında "Sumqayıt”a qarşı hansısa sürpriz olacaq?

- Heyət və taktiki planda dəyişikliklərin olması mümkündür. (Report)
 
Sport7.az

Xəbər lenti