İquaynın yeni klubu açıqlandı

İquaynın yeni klubu açıqlandı

Argentinalı hücumçu Qonsalo İquain "Yuventus"dan ayrılıb.

Sport7.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. 
 
Argentinalı hücumçunun yeni komandası da artıq müəyyənləşib. 33 yaşlı forvard karyerasını ABŞ-da davam etdirəcək. O, MLS klubu "İnter Mayami” ilə müqavilə imzalayıb. Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin rəhbərlik etdiyi "İnter Mayami” rəsmi saytı vasitəsilə transferi bəyan edib.

İquain "Yuventus”a 2016-cı ildə "Napoli”dən keçmişdi. O, 2018 və 2019-cu illərdə "Milan” və "Çelsi"də icarə əsasında oynayıb. Hücumçu "Yuventus"da üç dəfə İtaliya çempionatını udub, iki dəfə İtaliya Kubokuna sahib olub, həmçinin 3 dəfə "Real"ın heyətində İspaniya çempionatının qalibi adını qazanıb. Bir dəfə "Napoli”nin geyimi ilə İtaliya Kubokunu, "Çelsi”ylə isə UEFA Avropa Liqasını qazanıb.

O, karyerasına Argentinanın "River Pleyt" klubunda  başlayıb. İquain Argentina yığmasının heyətində DÇ-2014-ün gümüş medalına, eləcə də Amerika Kubokuna (2015, 2016-cı illər) yiyələnib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR